image-1jpegbackend

Bu gün azad edilmiş ərazilərdə ilk QHT forumu keçirilir

image-reklam_sirab_01

Bu gün – iyunun 24-də Zəngilan rayonundakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” işə başlayacaq.

Vətəninfo.az xəbər verir ki, 200-ə yaxın ictimai birlikdən təmsilçilərin iştirak edəcəyi forumda “Azərbaycan QHT-ləri: nəticələr və hədəflər”, “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”, “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələri keçiriləcək.

Forum 2 gün davam edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki