image-641c3dcb17ceabackend

Bütün dünyada işıqlar söndürüləcək

image-reklam_sirab_01

Türkiyədə bu il keçiriləcək “Yer saatı” tədbirində fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlər üçün işıqlar söndürüləcək.

Ümumdünya Təbiət Fondu tərəfindən təbii ərazilərin və növlərin məhv olmasına və iqlim böhranına diqqət çəkmək üçün hər il mart ayının son şənbə günü keçirilən “Yer saatı” qlobal tədbiri 2023-cü ildə bütün dünyada 25 mart axşam saat 20.30 – 21.30. saatları arasında reallaşacaq.

Bütün dünyada işıqlar bir saatlıq söndürüləcək.

İş Dünyası və Davamlı İnkişaf Dərnəyi (SKD Türkiye) İdarə Heyətinin sədri Ebru Dildar Edin Türkiyədə zəlzələlərdə həyatını itirənlərə ithaf olunan “Yer saatı” tədbiri ilə bağlı açıqlama verərək deyib: “2007-ci ildən bütün dünyada təşkil edilən “Yer saatı” iqlim böhranı və təbiətin itirilməsinə qarşı keçirilir. Bu il işıqlar Türkiyədəki “Yer saatı” tədbirində 6 fevralda Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlər üçün söndürüləcək.

Fəlakət bölgəsinin yenidən qurulması həyati əhəmiyyət daşıyır. Oradakı insanlara etibarlı gələcək bəxş etmək növbəti prioritetdir. Təmiz suya və təhlükəsiz qidaya çıxış vacibdir. Zəlzələnin dağıdıcı təsirindən sonra bölgənin üzləşdiyi quraqlıq çox ciddi problem yaradıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki