image-1backend

Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan yol BAĞANACAQ

image-reklam_sirab_01

Cavanşir körpüsü sökülmə işləri ilə əlaqədar saat 17:00-dan nəqliyyatın hərəkəti üçün qapadılacaq.

Bu barədə Vətəninfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

NİİM-dən bildirilib ki, söküntü ilə bağlı nəqliyyatın hərəkəti aşağıdakı müəyyən edilmiş sxem üzrə olacaq:

▪️Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkət 28 May küçəsindən olacaq.

▪️Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə, hərəkətlərini – Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.

▪️S.Orucov və Nizami küçələrində isə öz növbəsində hazırkı hərəkətə əks istiqamətdə birtərəfli hərəkət təşkil olunacaq.

▪️Nizami küçəsi vasitəsilə mərkəzə doğru hərəkət edəcək nəqliyyat vasitələri Kövkəb Səfərəliyeva və Puşkin küçələri vasitəsilə Üzeyir Hacıbəyli küçəsinə çıxa biləcəklər.

▪️K.Səfərəliyeva küçəsindən Ü.Hacıbəyli küçəsinin şərqində mövcud istiqamət saxlanılaraq, əks istiqamətə də avtomobillərin hərəkətinə icazə veriləcək.

▪️Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə birbaşa çıxış məhdudlaşdırılacaq. Y.Səfərov küçəsində geriyə dönmədən istifadə etmək tövsiyə edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki