UEFA Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulub.
Axırıncı oyun günündə də iki qarşılaşma keçirilib.
Turnirin son qalibi “Real Madrid” İspaniyada İngiltərənin “Çelsi” komandasını 2 cavabsız qolla məğlub edib. “Kral klubu”ndan 22-ci dəqiqədə Kərim Benzema və 74-cü dəqiqədə Marko Asensio fərqləniblər. 59-cu dəqiqədə “zadəganlar”ın heyətində Ben Çiluell birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub.
Digər oyun isə İtaliyada “Milan” və “Napoli” arasında baş tutub. Qarşılaşmanın taleyini 1 qol həll edib. 40-cı dəqiqədə İsmael Bennaser rəqib qapısına yol taparaq, rossonyerlərə qələbə qazandırıb. 75-ci dəqiqədə qonaqlardan Andre Zambo-Angissa ikinci sarı vərəqə ilə meydandan qovulub.
Cavab oyunları aprelin 18-də olacaq.
Çempionlar Liqası
1/4 final, ilk oyunlar
12 aprel
23:00. “Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:0
Qollar: Kərim Benzema, 22. Marko Asensio, 74
Qırmızı vərəqə: Ben Çiluell, 59 (“Çelsi”)
Baş hakim: Fransua Leteksye (Fransa)
Madrid, “Santyaqo Bernabeu” stadionu
23:00. “Milan” (İtaliya) – “Napoli” (İtaliya) – 1:0
Qol: İsmael Bennaser, 40
Qırmızı vərəqə: Andre Zambo-Angissa (“Napoli”)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Milan, “San Siro” stadionu
Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında “Mançester Siti” İngiltərədə Almaniya “Bavariya”sına 3:0, İtaliya “İnter”i isə Portuqaliyada “Benfika”ya 2:0 hesabı ilə qalib gəlib.