image-1backend

Cərimələrin biri azaldırılır, biri artırılır…

image-reklam_sirab_01

Azərbaycanda sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələr azaldılır.

Vətəninfo.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, həmin xətaya görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Hazırda isə bu xətaya görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

Bundan başqa, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimə artırılır.

Qanun layihəsinə əsasən, bu xətaya görə iki yüz manat məbləğində cərimə edilir. Hazırda isə bu cərimənin bəbləği 100 manatdır.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz (hazırda üç yüz) manat məbləğində cərimə edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki