image-14backend

Çexiya Prezidenti xəstəxanadan çıxacağı vaxtı açıqlayıb

image-reklam_sirab_01

Çexiya Prezidenti Miloş Zeman yaxın günlərdə xəstəxananı tərk edərək Praqa yaxınlığındakı Lani sarayına – dövlət iqamətgahına qayıdacağını açıqlayıb.

Veteninfo.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Zeman NOVA telekanalına müsahibəsində deyib.

“Mən artıq işləyirəm, güman edirəm ki, yaxın bir neçə gün ərzində xəstəxanadan çıxıb Laniyə yola düşəcəyəm”, – Zeman vurğulayıb.

Prezident bildirib ki, xəstəxanadan çıxandan sonra ilk olaraq Vətəndaş Demokratik Partiyasının sədri Petr Fialunu Çexiyanın yeni baş naziri təyin edəcək.

Qeyd edək ki, Fialunun baş nazir kimi təsdiqlənməsi noyabrın 26-da baş tutacaq.

Oktyabrın 10-da 77 yaşlı Miloş Zeman Praqada Mərkəzi Hərbi Hospitalın reanimasiya şöbəsinə yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki