image-fb44b52f-560a-36e8-8900-354cb1190fe1_850backend

Çexiya Ukraynaya pilotsuz kəşfiyyat təyyarələri verəcək

image-reklam_sirab_01

Çexiya Ukraynaya kəşfiyyat məqsədilə istifadə olunan “Bivoy” hərbi pilotsuz təyyarələri verəcək.

Bu barədə Çexiyanın “ChTK” nəşri məlumat yayıb.

Qeyd olunur ki, pilotsuz təyyarələrin əsas vəzifəsi Ukrayna artilleriyasını məlumatlarla təmin etmək olacaq.

Eyni zamanda, PUA-nın özü yüksək dəqiqlikli videomüşahidə kamerası ilə təchiz olunub və çəkisi təxminən 25 kiloqramdır.

Ukrayna hərbçiləri artıq yeni texnikanın istifadəsi üzrə təlim keçiblər.

Bundan əvvəl Çexiya Rusiya və Belarus vətəndaşlarına viza və müvəqqəti yaşamaq icazəsinin verilməsini dayandırıb. Qadağa azı 2023-cü ilin mart ayının sonuna qədər qüvvədə olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki