image-6backend

Çexiyada təqaüdçülərə koronavirus peyvəndi məcburi vurulacaq

image-reklam_sirab_01

Bu həftənin sonuna qədər Çex Respublikasının Səhiyyə Nazirliyi pensiyaçılar və bir sıra peşə nümayəndələri üçün koronavirusa qarşı peyvəndin məcburi vurulması haqqında əmr verəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə naziri Adam Voytex deyib.

Nazir bildirib ki, hökumət 60 yaşdan yuxarı ölkə sakinlərini, həmçinin həkimləri, sosial təminat işçilərini, yanğınsöndürənləri və polis əməkdaşlarını koronavirusdan qorumaq üçün peyvənd olunmalı üçün atılan addımları dəstəkləyib. Gələn il martın 1-dən onlar üçün məcburi peyvənd təyin olunacaq.

Adam Voytex əlavə edib ki, sərəncam oktyabrın 8-i və 9-da respublikada keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən dekabrın ortalarına qədər formalaşacaq yeni hökumət tərəfindən ləğv edilə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki