image-1backend

Ceyhun Bayramov Pakistan Senatının sədri ilə görüşdü – FOTO

image-reklam_sirab_01

Azərbaycan xarici işlər naziri Bayramov Ceyhun Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti vəzifəsini icra edən və Senat sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müzakirələr zamanı Pakistan və Azərbaycan arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi-ticari əlaqələr, investisiyalar, enerji təhlükəsizliyi, kommunikasiyalar kimi potensial əməkdaşlıq sahələri müzakirə olunub.

“İkitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq formatlar çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət də müzakirələrin gündəmində olub. Tərəflər daha geniş regional vəziyyəti, COP29-a hazırlığı müzakirə ediblər”, XİN bildirib.

image-2 image-3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki