image-847d212a-f4f1-3245-8ee5-e5a6a01b7494_850backend

Danimarkda terror aktı, ölənlər və yaralılar var

image-reklam_sirab_01

Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən Field’s ticarət mərkəzində baş verən atışmada bir neçə nəfər ölüb.

Bu barədə şəhər polisinin rəhbəri Soren Tomassen bildirib.

Danimarka Radiosunun məlumatına görə, azı 3 nəfər yaralanıb: “Bir neçə yaralı və bir neçə ölü var”- polis rəisi əlavə edib.

Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 22 yaşlı danimarkalıdır. Polis cinayətin terror xarakteri daşıdığını istisna etmir.

2022-07-03 21:43

Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Erestad rayonunda yerləşən ticarət mərkəzlərinin birində atışma baş verib.

Bu barədə şəhər polisinin rəhbəri Soren Tomassen bildirib.

Polisin yaydığı məlumata əsasən, atışma nəticəsində bir neçə nəfər yaralanıb. Hazırda bir nəfər saxlanılıb. Ticarət mərkəzindəki silahlı şəxslərə qarşı əməliyyat davam edir.

Eyni zamanda ticarət mərkəzinin ətrafı polislər tərəfindən mühasirəyə alınıb, havaya helikopter qaldırılıb. Ticarət mərkəzindəki insanlara olduqları yerdə qalmaları barədə çağırış edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki