image-photo-2021-11-16-17-47-11-1backend

DƏMİR YUMRUQ ARXASINDA 44 GUN…

image-reklam_sirab_01

Yaxın gunlərdə qanayan yaramizin sagalmasından 1 il ötdu..zəfər gunu uşaqdan böyuyə hər kəsin sevindiyi gun oldu. Azərbaycanımızın hər bölgəsində bu gun sevinclə qeyd edildi.Şəhərin mərkzindəki unudulmaz anlar tam həsrətin bitdiyini gostərirdi. Artıq Azərbaycanı daha xoş gunlər gozləyir/vətənimiz daha isiqli sabahlara addımlayırdı.Bunun əsasında guclu xalq birliyi/igid vətən ogulları və cənab İlham Əliyev dururdu.

Xalqımız tarixi boyu öz birliyini qorumuş bir birlərinə bir ananin oglu kimi kömək etmişlər. Bunu vətənin dar gunundə bir daha subut etmişlər. Uşaqlıqdan bu torpaqlarda boyuyub/ buraların suyunu icib,çoreyini yeyen vətənin igid oğulları oz igidliklərini sonsuz yaddaşlara yazılacaq şəkildə göstərdi. Daha ana qucagindan yeni ayrılan oğullar bu torpaqlarda qan tokdulər onların sayəsində ,canları bahasina olsa belə torpaqlarımiz yağılaran təmizləndi.mubariz ruhlu igidlərimizin azalib tukənmədiyi bu eldə hər zaman gozlu yaşlı analar olmuşdur,onlar hər an tokduyu yaş,sızlyan yarasi on milyonluq xalqın sonsuz yarası oldu. İndi isə gənc nəsil olaraq analarımıza demək istədiyimiz:  “Başını dik tut şəhid anası,onlari əvəz etməsə belə daha neçe öz dastanını yazacaq ıgidləri var bu vətənin..!”

Öz bacariğını hər işdə olduğu kimi qeyri-adi şəkildə olan  siyasət bacarigi,duruşu,ilə gostərən bu dovlətin qurucusu,Heydər davamçısı,Turk dunyasının sərkərdəsi cənab İlham Əliyev….

Bəli,əvvəldə də  vurugaldıgım fikir- turk dunyasininn sərkərdəsi-əsl məharətli sərkərdə kimi oz siyasətilə fərqlənən, Dəmir yumruq əməliyyatını unudulmaz tarix sehifələrindən eden cənab prezidentimiz yenədə hər dəfə olduğu kimi oz siyasətini irəli surərək torpaqlarımızı geri almağı bacardı. Tarixboyu Azərbaycan xalqı həmişə əmin – amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii  ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm – itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində  müasir dövr üçün qısa müddət deyil.  Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu  hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi.  Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq.

Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də  canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük  sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və  müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaş  şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu idi.  Ordumuzun əks-hücum əməliyyatları  zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və  ekspertlərin diqqətini cəlb etdi. Silahlı Qüvvələrimiz döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.

Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. Erməni faşistləri beynəlxalq hüquq və beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, mülki əhalini və infrastrukturu hədəfə alıb qadağan edilmiş kütləvi qırğın silahlarından istifadə etdilər. Cəbhədən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində  azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla  yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz   mənfur düşmənin layiqli cavabını verdilər.

Qarabağın tacı olan Şuşamızı işğaldan azad edən cəngavər oğullarımızın şücaəti xüsusi  ilə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Qədim Şuşa qalasının alınması  həm də  tam qələbəmizi  müjdələyən  zəfər oldu. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.” Şuşanın azad olunması vətənin ən gözel günü idi, yollarda yaşanan sevinc, şadlıq dolu qışqırıqlar,gozlerindən sevinc yağan əhali… Daha nə istəyə bilərik ki, “xarıbülbül” öz torpağına geri dönmüşdü, onu artıq biz seyr edecekdik, onu biz qoxlayıb biz əzizləyəcəkdik.. həmin gün 1990-cı illər ağrısı,kədəri geridə qalmışdı,unudulmasa belə yaramız azda olsa sagalmışdı. Bütün dünya medyası rəşadətli Azərbayacan ordusunun gucundən, xalqın birliyindən bu çətin gunləri adi bir gün kimi keciren əhalidən, dastana dönən şəhid ogullardan danışırdı. Vətən bu gundə unutmayan, her anımızda bizlə olan, Turk qardasımız öz meharetini gostərdi. Nə yaxsı ki, Türk qardaşın var..Bəli azərbaycn öz qudrətini daha da gostərdi.

Vətən artiq azad idi. Haqq ədalət yerini tapdı,Qarabag  Azərbaycandir…!

 

Fidan Rəhmanova Azərbaycan Dövlət Pedaqoji Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki