image-3backend

Deputatlığa ən gənc və ən yaşlı NAMİZƏDLƏR

image-reklam_sirab_01

Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Növbədənkənar seçkilərdə iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Onlar 125 seçki dairəsində mübarizə aparacaqlar.

Vətəninfo.az-ın məlumatına görə, artıq deputatlığa namizədlər arasında ən gənc və ən yaşlısı müəyyənləşib.

Belə ki, namizədlər arasında ən gənci 2006-cı il təvəllüdlü Zəbulla Hüseynovdur. O tələbədir və 18 yaşı var. Gənc namizəd 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsində deputat mandatı qazanmağa çalışacaq.

Ən yaşlı namizəd isə 1938-ci il təvəllüdlü Oqtay Zeynəlovdur. 86 yaşlı namizəd 38 saylı Gəncə birinci seçki dairəsində rəqibləri ilə yarışacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki