image-fcf3379e-a32a-38e9-b13e-bb15b0e2252d_850backend

DİN idmançının qarət olunması ilə bağlı məlumat yaydı

image-reklam_sirab_01

Daxili İşlər Nazirliyi (DİN) idmançıya məxsus əşyaların oğurlanması ilə bağlı araşdırmalara başlayıb.

DİN-in Mətbuat Xidmətindən Veteninfo.az-a bildirilib ki, Gözəl Zutovaya məxsus əşyaların oğurlaması ilə bağlı iddiaların bütün təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsi tərəfindən araşdırılır.

Qeyd edilib ki, həmin ünvan üzrə kamera görüntüləri yoxlanılır, əşyaların hansı şəraitdə itməsi, yaxud oğurlanması ilə bağlı araşdırmalar gedişində məlum olcaqdır: “Bu barədə Gözəl Zutovla əlaqə saxlanılaraq məlumatlandırılıb”.

Xatırladaq ki, G.Zutova bir neçə idman növü üzrə Azərbaycanı təmsil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki