Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində Vətən müharibəsi qazisindən rüşvət tələb olunduğuna dair görüntülər yayılıb.
Vətəninfo.az xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb.
İddiaya görə, Sevinc adlı tibb bacısı qazidən övladının anadan olmasına görə pul istəyib.
Görüntülərlə bağlı TƏBİB-lə əlaqə saxldıq. Qurumdan Modern.az-a verilən məlumata görə, TƏBİB sözügedən görüntülərdən xəbərdardır.
“Zəruri araşdırmalar edildikdən sonra məlumat veriləcək”, – açıqlamada deyilir.