image-158235ee-14fc-3392-b2f9-b2094451fcad_850backend

Dominikanın ətraf mühit naziri yaxın dostu tərəfindən güllələnib

image-reklam_sirab_01

Dominikan Respublikasının ətraf mühit naziri Orlando Xorxe Mera silahlı hücum nəticəsində həlak olub.

Bu barədə Veteninfo “Haber Global”a istinadən xəbər verir.

Nazirin yaxın dostu tərəfindən öldürüldüyü bildirilir.

Prezident Ofisinin yaydığı açıqlamada qeyd edilir ki, nazir yaxın dostu Migel Kruz tərəfindən güllələnib. Hadisəni törədən şəxs saxlanılıb.

Paytaxt Santo-Dominqodakı nazirlik binasına çoxlu sayda polis və təcili yardım işçisi cəlb edilib, bina ciddi nəzarətə götürülüb.

Hadisə şahidləri hücum zamanı 7 atəş səsi eşitdiklərini bildiriblər.

İxtisasca hüquqşünas olan Mera Müasir İnqilab Partiyasının qurucusu olub, o, 2020-ci ilin avqustunda nazir təyin edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki