Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan vətəndaş müraciətlərinin araşdırılması zamanı təqdim olunan sübutlara əsasən, 18 hüquqi və 4 fiziki şəxs barəsində cəmi 22 inzibati xəta haqqında protokol tərtib edilərək qanunvericilik tədbirləri həyata keçirilib.
Vətəninfo.az-a bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə müşahidə olunan 27 % azalma vətəndaş müraciətlərinin operativ emalı və istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin artırılmasına işarə edir.