image-1backend

Dövlət Xidmətində “Açıq qapı” günü keçirilib

image-reklam_sirab_01

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Xüsusi Riskli Xilasetmə Xidmətinin iştirakı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səbail, Nərimanov və Şəmkir rayon Yanğından Mühafizə hissələrində “Açıq qapı” günü keçirilib.

FHN-dən Vətəninfo.az-a verilən xəbərə görə, tədbirlərin keçirilməsində məqsəd azyaşlıların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Keçirilən tədbirlərdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən 211 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri, “Güvən” uşaq bağçası və körpələr evinin azyaşlıları, Şəmkir şəhərində fəaliyyət göstərən Cahangir Rüstəmov adına tam orta məktəbin 2-ci sinif şagirdləri, həmçinin müəllim, tərbiyəçi və valideynlər iştirak ediblər.

Tədbirlərdə iştirakçılara yanğınsöndürən və xilasedicilərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə, eyni zamanda fövqəladə hallarla bağlı rəsm və maketlərdən ibarət sərgi ilə yaxından tanış olublar.

Maraqla keçən tədbirlərdə uşaqların sualları cavablandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki