image-reklam-veteninfo
image-1643797434-e3c1539c-0697-31e6-8d65-153d5dd384f9_850backend

DSX-dən İranla sərhəddə ƏMƏLİYYAT: Ümid SAXLANILDI

image-reklam-veteninfo

İrandan Azərbaycana 9 kq narkotikin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Veteninfo.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, fevral ayının 2-də saat 01:50 radələrində Biləsuvar rayonunun Biləsuvar şəhəri yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 1 nəfər naməlum şəxsin şübhəli davranışı və ətrafı müşahidə etməsi sərhəd nar­yadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Ümid Nadir olması müəyyənləşdirilmiş şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 8 kiloqram 800 qram (7 900 qram marixuana, 900 qram kakos) narkotik vasitəsinə bənzər maddələr aşkar olunaraq götü­rülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

image-1643797434_814b9f17-a2fc-3048-acb3-943a037a37f3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki