image-photo_198262backend

Dünyanın ən güclü orduları: Azərbaycan neçənci sıradadır?

image-reklam_sirab_01

ABŞ-da yerləşən və hərbi xarakterli məlumatları toplayan “Global Firepower” adlı internet saytı ölkələrin hərbi gücünə dair yeni sıralamanı paylaşıb. Sayt bu sıralamanı hazırlayan zaman 2023-cü il üçün ayrılan hərbi xərcləri də nəzərə alıb. 

Dünyanın ən güclü 100 ordusu sıralamasında Azərbaycanın da adı var. Azərbaycan sıralamada 57-cidir.

Ermənistan isə siyahıda 94-cü yerdə qərarlaşıb.

Digər qonşularımızdan Gürcüstan 85-ci, İran 17-ci, Türkiyə 11-ci sıradadır. Dəniz sərhəddimiz olan Türkmənistan 82-ci, Qazaxıstan isə 63-cüdür.

Sıralamada ilk yerdə ABŞ qərarlaşıb. ABŞ-ni Rusiya, Çin, Hindistan və Böyük Britaniya izləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki