image-4backend

Efiopiyada Tıqray üsyançıları bir şəhəri tutublar

image-reklam_sirab_01

Efiopiyanın Tiqray əyalətinin üsyançı qoşunları ölkənin paytaxtı Əddis-Əbəbədən 189 km şimal-şərqdə yerləşən Debre-Sina şəhərini ələ keçirib.

Veteninfo.az xəbər verir ki, bu barədə “Somali Guardian” məlumat yayıb.

Məlumata görə, şəhərin tutulması üsyançıların nəzarət etdikləri Şeva-Robit qəsəbəsindən hücumların ardınca baş verib.

Qeyd edək ki, Tıqray üsyançıları oktyabrın 27-də Efiopiyanın şimalında hücuma keçərək Əddis-Əbəbəyə doğru irəliləyiblər. Noyabrın 2-də federal hökumət növbəti altı ay ərzində bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib. Federal qüvvələrin komandanlığı noyabrın 5-də veteranları silahlı qüvvələrin sıralarına qayıtmağa və üsyançılarla mübarizə aparmağa kömək etməyə çağırıb.

Bu arada, Tıqray Xalq Azadlıq Cəbhəsi də daxil olmaqla 9 üsyançı qrup noyabrın 5-də Efiopiya federal hökumətinə qarşı birgə mübarizə aparmaq üçün müqavilə imzalayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki