Son günlər sosial şəbəkə hesablarından biri – birini təhqir edən xaricdəki bloggerlər özləri bilmədən bəzi nüansları açıblar. Sözsüz ki, bu bloggerlər arasında baş verən ilk söyüşlü ittiham deyil. Bundan öncə də bir neçə dəfə bloggerlər arasında söyüşlü ittiham səsləndirildi. Bu dəfə isə Tural Sadıqlı daha irəli gedərək bəzi bloggerlərin hakimiyyət tərəfindən maliyyələşdirildiyini bildirib. Tural Sadıqlı iddia edir ki, bəzi məmurlar xaricdəki bloggerlərə maliyyə yardımı edir.
Tural Sadıqlının iddialara cavab verən jurnalist Əfqan Muxtarlı isə bildirib ki, maliyyə yardımı alan elə Tural Sadıqlı və atası Əlövsət Sadiqlıdır.
Əfqan Muxtarlı iddia edir ki, məşhur məmurla görüşə Tural Sadıqlı və atası birgə gedib və bu görüş elə Turalın yaşadığı şəhərdə baş tutub.
Əfqan Muxtarlı qeyd edib ki, Turalın atası Əlövsət Sadiqlı bir neçə həftə öncə yüksək vəzifəli dövlət məmuru ilə görüşdüyünü özü də etiraf etmişdi.
Başqa bir nüans isə Əfqan Muxtarlının həmin məmurun adını cəkməməsıdir. Muxtarlı bildirib ki, həmin məmurun adını çəkə bilər. Amma nədənsə Əfqan Muxtarlı yenə susub.
Digər bir açılmayan məqam xaricdəki satqınlarla görüşün təşkil edildiyi gizli qərargahdı. Əfqan Muxrarlı əgər öz reputasiyasını daha da təmiz bir güzgüyə çevirmək istəyirsə, bu qərargahın yerini də açıqlamalıdı.
Mən hesab edirəm ki, əgər Əfqan Muxtarlı dövlətini, xalqını sevsəydi bu ölkəyə xəyanət edən məmurun adını çəkərdi. Dövlətinə, millətinə xəyanət edən istənilən adamın cəzası ölümdür. Yəqin ki, tezliklə vətənimizə xəyanət edənlər öz ağır cəzalarını alacaqlar.
Nahid Canbaxışlı