image-64099a93d16c2backend

Əfqanıstanda  dəhşətli terror: Qubernator öldürüldü  

image-reklam_sirab_01

Əfqanıstanın şimalındakı Bəlx vilayətində qubernatorluğun binasına bombalı hücum təşkil edilib.
Vətəninfo.az  xəbər verir ki  bu barədə Bəlx Polis İdarəsinin sözçüsü Məhəmməd Asif Vəziri bəyanat yayıb. Bildirib ki,  insident  nəticəsində  qubernator Məhəmməd Davut Muzemmil  və iki mülki vətəndaş həyatını itirib. Hücum qubernatorluqda yerli rəsmilərin iştirakı ilə keçirilən inzibati iclas zamanı həyata keçirilib.

İstintaq başladılan hücuma şahid  olanlar, Valiliyə təcili yardım maşınlarının  cəlb olunduğunu, ətraf yolların nəqliyyat üçün bağlandığını bildiriblər.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki