image-img_2584backend

Əfsanəvi tankçının şəhadət günüdü-Şəhid komandir Əhməd Mehbalıyev yad edildi

image-reklam_sirab_01

Bu gün əfsanəvi tankçı, düşmənə qarşı amansız döyüşlərin iştirakçısı, qəhraman şəhidimiz Əhməd Suliddin oğlu Mehbalıyevin anım günüdü.

 1968-ci il sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olan “Azərbaycan Bayrağı ordenli qəhraman Əhməd Mehbalıyevin ən böyük arzusu hərbiçi olmaqdı.Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə qəbul olanda Əhməd dünyanın ən xoşbəxt biri olduğunu yaşamışdı.Əhməd hərbi sirləri ən nümunəvi biri olaraq öyrəndi və hərbin daha böyük sirlərin öyrənmək üçün Kazana yollandı.Kazan Ali Tank Məktəbinə dazil oldu və 1989-cu ildə bu məktəbi bitirdi.

1989-cu ilin 22 iyulunda ali hərbi təhsilini tank  komandiri  kimi leytenant rütbəsi alaraq bitirmişdir. Daha sonra o,Əhməd Kiyevdə, Moskvada SSRİ-nin  tank qoşunları diviziyalarında xidmət etmişdi. Qarabağ müharibəsi  başlayanda Əhməd Mehbalıyev Azərbaycana geri dönür.

Əhməd Qarabağ çüharibəsində ilk . ilk döyüşünü Şuşada keçirir. Şuşanən müdafiəsi  müdafiəsi zamanı xeyli erməni tankını məhv edir. Bundan sonra Əhməd tank komandiri kimi Laçın,Qubadlı,Kəlbəcər,Tərtər  bölgələrində gedən ağır döyüşlərdə iştirak edir. 25 iyun 1993-cü ildə Ağdamın Qızıl-Kəngərli kəndində

25 iyun 1993-cü ildə, texnika cəhətdən üstün olan erməni silahlı dəstələri ilə gedən qızğın döyüşlərdə qəhramancasına şəhid olur.

Əhməd Mehbalıyev Azərbaycan prezidenti tərəfindən ölümündən sonra Azərbaycan Bayrağı Ordeninə layiq görülür.

Bu gün qəhraman tankçımız məzarı başında yad edilib.
Allah rəhmət etsin.

Nahid Canbaxışlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki