image-3030bb59-6df3-3f3f-80df-fbfe81275e30_850backend

Ekvador Prezidenti koronavirusa yoluxub

image-reklam_sirab_01

Ekvador Prezidenti Gilyermo Lasso koronavirusa yoluxub.

Bu barədə dövlət başçısının mətbuat xidməti tviterdə məlumat yayıb.

“Prezident Gilyermo Lassonun COVID-19 üçün testi müsbət çıxıb”, – məlumatda deyilir. Qeyd olunur ki, dövlət başçısında xəstəliyin əlamətləri yoxdur, o, peyvənd olunub və “müvafiq tibbi protokollara əməl edəcək”.

Ekvador hökuməti ötən ilin sonunda ölkədə koronavirusa qarşı məcburi peyvənd olunma barədə qərar qəbul edib. Rəsmi rəqəmlərə görə, hazırda 14 milyon insan tam peyvənd olunub ki, bu da əhalinin 79,4 %-ni təşkil edir. Ekvadorda pandemiya başlayandan indiyədək 899 mindən çox insan koronavirusa yoluxub, 35,6 min nəfər ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki