Hazırda baş məşqçisiz qalan Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu bu posta Joze Maurinyonu gətirmək istəyir.
Klub rəhbərliyi portuqaliyalı mütəxəssisə fantastik təklif göndərib.
Əgər Maurinyo klubda işləməyə razılıq versə, ilinə 100 milyon avro maaş alacaq.
Qeyd edək ki, Joze Maurinyo hazırda “Roma” klubunun baş məşqçisidir. Onunla PSJ-nin də ciddi maraqlandığı bildirilir.