image-89backend

Eldar Əzizovun qardaşı Nazirlikdəki vəzifəsindən çıxarılıb? – AÇIQLAMA

image-reklam_sirab_01

Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri vəzifəsindən azad olunub.

Bununla bağlı qaynarinfo.az saytı məlumat yayıb.

Qeyd edilib ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı şəhərində yeni yaradılan 1 nömrəli tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal və Nəsimi rayonları üzrə baş müdiri, həkim LOR Aydın Əzizov vəzifəsindən azad olunub.

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, A.Əzizov 2 il öncə vəzifəsindən azad edilərək başqa vəzifəyə təyin edilib:

“Yayılan məlumat səhvdir. A.Əzizov 2 il öncə Nazirliyin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzinin “Mürəkkəb protezləşmə stasionarının onurğa beyni zədələnmiş əlillərin və xəstələrin korreksiyası və protezləşməsi” şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Hazırda Aydın Əzizov Nazirliyin Bakı Reabilitasiya Mərkəzinin “Sosial psixoloji reabilitasiya və abilitasiya” şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, A.Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşıdır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki