image-reklam-veteninfo
image-1backend

Ələkbərov zavodlarını itirmək təhlükəsilə üzləşib – “Bərpa edəcəyik…”

image-reklam-veteninfo

“Lukoil” şirkəti Ukrayna dronlarının hücumlarından sonra iki-üç həftə ərzində neft emalı zavodlarında fəaliyyəti bərpa edə bilər.

Vətəninfo.az  xəbər verir ki, bunu “Lukoil”-in təsisçisi Vahid Ələkbərov bildirib.

“Biz neft emalı zavodlarının fəaliyyətini davam etdirmək üçün bütün kompleks tədbirləri görürük. Bu, həmişə tez əldə edilmir, lakin iki-üç həftə bizim bərpa olunmağımız üçün kifayətdir”, – Ələkbərov “Vesti” televiziya proqramında deyib.

Vahid Ələkbərovun bu açıqlamasaı Vladimir Putinin dron hücumlarından zərər çəkmiş müəssisə və obyektlərin dövlətin nəzarətinə götürülməsinə icazə verən fərman imzalamasından sonra verilib. Sənədə görə, vacib infrastruktur obyektləri “təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməməsi və ya vaxtında görülməməsi, təhlükəsizlik tələblərinin pozulması və ya dron təhdidlərinin qarşısının alınması üçün səmərəsiz tədbirlər görülməsi” halında Federal Əmlak İdarəetmə Agentliyinin “müvəqqəti idarəçiliyinə” verilə bilər.

Obyektlərin “bərpa edilməməsi və ya vaxtında bərpa edilməməsi” də müsadirə üçün əsas ola bilər. Yəni, bir sözlə, bu və ya digər şirkət öz müəssisəsini dronlardan qoruya, yaxud dron hücumundan sonra tezliklə bərpa edə bilmirsə, dövlət onu sahibinin nəzarətindən çıxara, öz idarəçiliyinə götürə bilər. Ələkbərovun bu açıqlaması da həmin təhlükədən irəli gəlir.

Daha sonra Rusiya Baş nazirinin birinci müavini Denis Manturov qeyd edib ki, hakimiyyət orqanları Putinin fərmanı ilə əlaqədar müsadirəyə məruz qala biləcək şirkətlərin siyahısını müəyyən ediblər.

“Adlarını çəkməyəcəyəm, amma onlarla bağlı məsələlər nəzərdən keçiriləcək”, – deyə Manturov vurğulayıb və əlavə edib ki, qanun pozan şirkətlərə qarşı konkret tədbirlər qapalı qapılar arxasında ayrıca müzakirə olunacaq. Müəssisə və obyektlərin siyahısı məxfi saxlanılır, lakin orada 167 ad olduğu məlumdur.

Ukrayna Silahlı Qüvvələri Rusiya neft emalı zavodlarına müntəzəm olaraq zərbələr endirməyə davam edir. Sentyabrın əvvəlinə qədər “Lukoil”-in bütün ən böyük neft emalı zavodları hücumlar səbəbindən bağlanıb. “Reuters”-in məlumatına görə, Rusiyanın tutumuna görə ən böyük beş neft emalı zavodundan biri və ikinci ən böyük benzin istehsalçısı olan Nijeqorodnefteorgsintez (NORSI) avqustun 26-da emalı dayandırıb. Permnefteorgsintez (21 avqust) və Volqoqrad Neft Emalı Zavodu (31 iyul) da fəaliyyətini dayandırmışdı.

Həmçinin avqust ayında Novoşaxtinsk Neft Emalı Zavodu, Froteinvest-in Orsknefteorgsintez (OrskNOS), Zapsibneftexim və Rosneft-in Saratov Neft Emalı Zavodu da emalı dayandırıb. 2026-cı ilin əvvəlindən bəri Ukrayna dronları Rusiyanın neft emalı zavodlarına 70 dəfədən çox hücum edərək onlarla zavodu sıradan çıxarıb. Nəticədə ölkənin neft emalı sənayesi 2002-ci ildən bəri ən aşağı səviyyəyə düşüb və bu da yanacaq böhranına səbəb olub.“AzPolitika.info”




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki