image-1backend

Əli Əsədov Ulyanovsk vilayətinin qubernatoru ilə görüşüb

image-reklam_sirab_01

Baş nazir Əli Əsədov Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkixlə görüşüb.

Nazirlər Kabinetindən Vətəninfo.az-a verilən xəbərə görə, görüşdə müxtəlif sahələrdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığı müzakirə edilib.

Tərəflər Azərbaycan ilə Ulyanovsk vilayəti arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə ediblər. Qarşılıqlı maraq doğuran bütün sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri də müzakirə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki