Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 liderlərinin 18-ci zirvə toplantısında iştirak edəcək.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Әlaqələr İdarəsinin məlumatına görə, dövlət başçısı zirvə toplantısında iştirak üçün bu gün Hindistana səfər edəcək.
Sentyabrın 8-dən 10-dək Yeni Dehlidə keçiriləcək toplantıda G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” sammitində əsas mövzu altında, üç sessiyada fikir mübadiləsi aparacaq.
Ərdoğanın həmçinin G20 liderləri, sammitdə iştirak edən bəzi hökumət başçıları ilə təkbətək görüşləri gözlənilir.
Ərdoğan 17-21 sentyabr tarixlərində isə ABŞ-ın Nyu-York şəhərində keçiriləcək BMT-nin 78-ci Baş Assambleyasına qatılacaq.
Ərdoğan ABŞ-a səfəri çərçivəsində BMT Baş Assambleyasında çıxış edəcək. Dövlət başçısı çıxışında Rusiya-Ukrayna müharibəsi, Suriya, Fələstin və Şimali Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı son inkişaflar, terrorla mübarizə, qaçqın problemi və digər mövzulara toxunacaq.


























