image-2023-03-15-13-59-53qnrnnztx0bopnioiqpe3_filebackend

Ərdoğan bugünkü sel fəlakətindən danışdı

image-reklam_sirab_01

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində AK Partiya Qrup Toplantısında çıxış edib.

Vətəninfo.az xəbər verir ki, Ərdoğan çıxışına Şanlıurfa və Adıyamanda daşqınlarda həyatını itirənlərə başsağlığı verərək başlayıb.
“Çıxışıma başlamazdan əvvəl bu səhər Şanlıurfa və Adıyamanda baş verən sel fəlakətində həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Nazirlərimiz və komandalarımız çalışırlar. Yaşadığımız fəlakətləri nə qədər yaddaşımızda saxlasaq, onlardan alacağımız dərslər bir o qədər güclü olar. Bunun üçün xatırlamağı və bir daha xatırlatmağı faydalı hesab edirəm”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki