image-4404e4e5-518b-3ddb-9e05-19b93f68062a_850backend

Ərdoğan İsveçin Baş naziri ilə bu ölkənin NATO-ya üzvlüyünü müzakirə edib

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü İsveçin Baş naziri Ulf Kristerssonla telefon danışığında ikitərəfli münasibətləri və Skandinaviya ölkəsinin NATO-ya daxil olması məsələlərini müzakirə edib.

Bu barədə Türkiyə liderinin administrasiyası danışıqların yekunlarına dair məlumat yayıb.

“Prezident Ərdoğan yeni Baş nazir Kristerssonu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. O, Baş nazirin noyabrın 19-da Türkiyəyə səfər etmək arzusundan məmnunluğunu ifadə edib. Prezident İsveç hökuməti ilə əlaqələrin hərtərəfli inkişafına çağırıb”, – xəbərdə deyilir.

Həmçinin qeyd edilir ki, Ərdoğan terror təşkilatlarının İsveçi NATO-ya üzv olmaq girovuna çevrilməməsindən danışıb. “Onlara mane olmaq ikitərəfli maraqlara cavab verir”, – Türkiyə Prezidenti vurğulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki