image-erdoqanbackend

Ərdoğan Milli Məclisdən dünayaya MESAJ VERDİ

image-reklam_sirab_01

“Qarabağın azad edilməsi Azərbaycanın 30 ilinin ən mühüm hadisəsidir”

Veteninfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdəki çıxışı zamanı deyib:

O bildirib ki, 30 illik qanayan yara sağalıb:

“Qafqazda olan sülh və əmin-amanlıqdan bütün bölgə ölkələri qazanacaqdır. Biz də sülhün təmin olunması üçün əlimizdən gələni etməyə hazırıq. Bu işdə maddi-mənəvi itirən Qarabağda yaşayan insanlardır. 30 ill azəri qardaşlarım öz evlərindən qaçqın halına gəldilər. Oralar işğal altında idi. 30 il sonra bu torpaqlar sahiblərinə qovuşdu. Böyük liderlik göstərərək bu zəfəri və barışı Azərbaycana qazandıran hörmətli qardaşım İlham Əliyevi bir daha təbrik edirəm. Liderlərin yanında Qarabağda zəfərə çatmaq üçün tək yumruq, tək ürək olan Azərbaycan xalqını təbrik edirəm. Gözlərini qırpmadan Qarabağın azadlığı üçün mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm”.

Türkiyə prezidenti bir daha şəhidlərə Allahdan rəhmət diləyib:

“Bu savaşda Türkiyə bütün qəlbiylə Azərbaycanın yanında yer alıb. Bütün dünya bilsin ki, inşallah sabah da yanında olacağıq. Biz gələcəkdə bir və bərabər olacağıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki