image-640e573e7842dbackend

 Ərdoğan: “Qətər 10 min konteyner göndərəcək”

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həftə sonu zəlzələ bölgəsində olub.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Hatay şəhərində Qətərin göndərdiyi konteynerlərdə yaşayan zəlzələ qurbanlarını ziyarəti zamanı deyib:

“Qətər 10 min konteyner vəd edib. Yavaş-yavaş göndərirlər. Mini gəldi, 4 mini yolda, 10 mini 1 aya tamamlanacaq”.

Zəlzələnin vurduğu ziyanı ən çox hiss edən şəhərlərdən birinin Hatay olduğunu deyən Ərdoğan zəlzələdə həyatını itirənlərin yaxınlarına başsağlığı verib.

Minlərlə illik tarixi ilə bir çox sivilizasiyaların sevimli məskəni olan Antakyanın bu fəlakətdə böyük xəsarət aldığını bildirən Prezident Ərdoğan sözlərini belə davam etdirib:
Gəncliyimizdən bəri onlarla dəfə geldiyimiz Antakyanı dağılmış və çox ziyan görmüş binalarının görüntüsü ilə tanımaqda çətinlik çəkdik. Zəlzələnin sərt qış şəraitinin hökm sürdüyü günlərdə baş verməsi işləri daha da çətinləşdirib. Buna baxmayaraq, nazirliklərimiz, bələdiyyələrimiz, qeyri-hökumət təşkilatlarımız, könüllülərimizlə dövlətlə, millətlə əl-ələ verib zəlzələdən zərərçəkənlərimizin köməyinə gəldik. Zəlzələnin baş verdiyi andan etibarən əsgərlərimiz, jandarmamız, polisimiz, könüllülərimiz, hamısı əl-ələ verib, mülki xilasetmə və axtarış-xilasetmə qrupları ilə həmrəylik içində sona qədər bu mübarizəni davam etdirdilər”.

Dövlət başçısı çıxışında ayrıca baş verən zəlzələlər nəticəsində azı 48 min insan həlak olduğunu bildirib.

“Həlak olanların sayı 48 min nəfərdir, 115 mindən çox yaralı var. 50 min bina dağılıb. Belə irimiqyaslı fəlakətə bu qədər tez reaksiya verə biləcək ikinci ölkə yoxdur”, – Ərdoğan deyib.

Prezident ayrıca qeyd edib ki, zəlzələ bölgəsində indiyədək 426 min çadır qurulub, iki ayda isə 100 min konteynerin quraşdırılması nəzərdə tutulur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki