image-9backend

 Ərdoğan: “Qurana hücum açıq-aşkar nifrət cinayətidir”

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında ABŞ Müsəlman Təşkilatları Şurasının (USCMO) üzvlərini qəbul edib.

Vətəninfo.az xəbər verir ki, Ərdoğan görüşdə “Hər dəfə bildirirəm ki, müqəddəs kitabımız Qurana qarşı Avropada ifadə azadlığı adı altında hücumlara icazə verildiyini qəbul etmirik. Bu açıq-aşkar nifrət cinayətidir və barbarlıqdır” deyib.

İsveç, Hollandiya və Danimarkada təkrarlanan hücumların bu coğrafiyada demokratiya və insan haqlarının bərqərar olmadığını göstərdiyini ifadə edən dövlət başçısı Ərdoğan “İslama və müsəlmanlara qarşı bu hücumlara göz yumanların insani dəyərləri nə qədər başa düşdüyünü hər hadisədə bir daha görürük. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında və İnsan Haqları Şurasında müqəddəs kitablara qarşı bütün zorakılıq aktlarını beynəlxalq hüququn pozulması kimi qiymətləndirən qətnamələrin qəbul edilməsi mühüm hadisələrdir. Təbii ki, bu qərarların praktikada öz əksini tapmasını təmin etməliyik. Türkiyə olaraq əlaqədar ölkələri bu nifrət cinayətini həyata keçirənlərə qarşı lazım olan tədbirləri görməyə çağırmağa davam edəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki