Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Azərbaycan və Gürcüstan arasında “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində gömrük tranzit əməliyyatlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsi haqqında” sazişi təsdiqləyib.
Vətəninfo.az xəbər verir ki, “Dövlət başçısının imzaladığı müvafiq sənəd “Resmi Gazete”də (Resmi Gazete) dərc olunub.
Üç ölkə arasında saziş 2022-ci ildə iavqustun 18-də Bakıda imzalanıb.
Saziş hər üç dövlətin ərazisindən keçən Bakı-Tbilisi-Qars dəmir yolu ilə tranzitlə gətirilən mallara dair gömrük prosedurlarını asanlaşdırmaq məqsədi daşıyır.


























