image-reklam-veteninfo
image-888backend

Erməni mediası:”İran Ermənistanı hədələyir”

image-reklam-veteninfo

Erməni nəşri “Hraparaq” iddia edir ki, İran bir neçə gündür ciddi şəkildə Ermənistanı təhdid edir. Nəşrin yazdığına görə  hətta İran rəsmi şəkildə də bunu bəyan edib.

Dünən isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Vətəninfo.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi bu barədə X-də (keçmiş Twitter) məlumat yayıb.

Abdullahian Ermənistanda keçirilən erməni-amerikan hərbi təlimlərinə toxunaraq deyib ki, Tehran regionda hər hansı xarici qüvvələrin olmasını regionda vəziyyəti çətinləşdirən amil kimi qiymətləndirir.

Xarici işlər naziri vurğulayıb ki, hərtərəfli sülhə nail olmağın ən səmərəli yolu regional dialoq və mexanizmlər, o cümlədən “3+3” formatıdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki