image-1backend

Ermənilər Ermənistandan qaçır

image-reklam_sirab_01

Qarabağdan Ermənistana könüllü köçən ermənilər burada da dayanmayaraq, başqa ölkələrə gedirlər. Vətəninfo.az  xəbər verir ki, son bir ayda Ermənistanı tərk edən Qarabağdakı ermənilərin sayı rəsmi olaraq, 3000 nəfər göstərilir.

Lakin bu gün “Oragir.News” saytı hökumət mənbələrinə istinadən bildirib ki, açıqlanan rəqəmlər real deyil. Çünki Ermənistanı tərk edənlərin sayı daha çoxdur. Belə ki, son araşdırmalara görə, Ermənistanı tərk etmiş Qarabağdan köçən ermənilərin sayı 11 min nəfərə çatıb.

Onların əsasən Rusiya və Fransaya köçdükləri bildirilir.

Qeyd edək ki, ermənilərin kütləvi köçünə səbəb onlara Ermənistanda lazımi şəraitin yaradılmaması, bu ölkədə perspektiv görməmələri və xaricdəki qohumları tərəfindən dəvət olunmalarıdır.

İrəvan rəsmilərindən bəziləri isə iddia edir ki, ermənilərin kütləvi köçünü diaspora təşkil edir. Onların sözlərinə görə, son bir neçə ildə xaricdəki erməni diasporunun üzvlərinin sayı xeyli azalıb. Buna səbəb həmin təşkilatlara qoşulmaq istəməyən ermənilərin çoxalması göstərilir. Hətta bu yaxınlarda parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan da bəyan etmişdi ki, Qarabağdan köçən ermənilərin Avropa və Amerikaya köçmələrində erməni diasporunun əli var. “Biz bilirik ki, siz niyə onları əzizləyirsiz. Çünki sayınız azalıb. Buradan gedən erməniləri öz tərəfinəzə çəkərək, boş qalan yerləri doldurmağa çalışırsız”.

Bəzi yerli ekspertlər deyirlər ki, köç indiki sürətlə davam edərsə, ilin sonuna Ermənistanı tərk edən “qarabağlı”ların sayı 50 mini keçəcək. Onlar indiki şəraitdə bu qədər erməninin ölkəni tərk etməsini Ermənistan üçün zərərli hesab edirlər. Həmçinin bu prosesin digər ermənilər üçün də presedent yaradacağını düşünürlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki