image-reklam-veteninfo
image-11backend

Ermənilərin müharibə arzusu: Azərbaycanın cavabı necə olacaq?

image-reklam-veteninfo

Erməni mediası dayanmadan yeni müharibə anonsu verir. Hətta qələbə calacaqlarını elan edirlər. Güclü erməni ordusunun olduqlarını açıqlayırlar. İrandan və Hindistandan aldıqları silahların onları gücləndirdiyini bildirirlər. Amma 44 günü deyəsən unutmayıblar. Erməni deputat Geqam Manukyan bildirib ki, bu dəfə müharibə olsa, Azərbaycan ordusu bizi məhv edəcək. Deputat müharibə istəyənləri erməni əsgərlərinin olduğu qəbirstanlığa getməyi tövsiyyə edib. Amma  Ermənistanda və Qarabağda müharibə tərəfdarlarının sayı durmadan artır.

Əslində ermənilər yeni müharibəyə başlamaq yox, bu sözlərlə və açıqlamalarla Azərbaycanı yeni müharibəyə təhrik edirlər.

Son 3 gündür ki, davamlı olaraq ermənilər təxribat törədir , Azərbaycan mövqelərinə atəş açırlar. Ermənistan ordusu hətta bu təxribatlar zamanı PUA-lardan və ağır artilleriyadan istifadə edir. Azərbaycan tərəfi isə hələki hadisələri səbrlə izləyir və lazım olanda ermənilərin atəş mövqelərinə öldürücü zərbə endirməklə onları sakitləşdirir.

Erməni ordusunun təxribatlarının miqyası isə böyüyür və onlar artıq Naxşıvandakı mövqelərimizi də atəşə tuturlar. Artıq rəsmi Bakı bir neçə dəfə öz xəbərdarlığını edib. Bizim səbrimiz də hüdudsüz deyil.

Əgər bu təxribatlar davam etsə Azərbaycan ordusu düşmənin atəş nöqtələrini bir anda sıradan çıxardacaq. Ermənistanla sərhəddə delimitasiya və demarkasiya işləri sona çatdırlmayıb və erməni tərəfi bundan yayınır. Bu gün Eremənistan ordusu bizim mövqelərimizi atəşə tutduqları mövqelər Azərbaycan torpaqlarıdır. Qıza zamanda Ermənistan delimitasiya və demarkasiya işlərinə başlamasa Azərbaycan ordusu öz tarixi torpaqlarını güc yolu ilə əldə edəcək.

O , zaman Ermənistan ordusu Qazaxda, Naxçıvanda, həmçinin Kəlbəcər ərazisində nəzarətlərində saxladıqları Azərbaycan torpaqlarından bir anda qovulub çıxarılacaqlar.

Qoşqar Salmanlı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki