ABŞ Nümayəndələr Palatası ermənipərəst konqresmenlər Tony Kardenas, Adam Şiff və Bred Şermanın hazırladıqları 44 günlük Vətən müharibəsi zamanı baş verənləri araşdırmaq, Azərbaycandan olan bütün erməni əsirlərin dərhal azad edilməsini tələb edən qanun layihəsini qəbul edib.
Veteninfo.az xəbər verir ki, Nümayəndələr Palatasının saytında dərc olunan sənəddə, 30 ilə yaxındır işğalçı Ermənistan tərəfindən Azərbaycanın Xankəndi,Şuşa,Xocalı,Əsgəran,Xocavənd,Ağdam,Füzuli,Cəbrayıl,Qubadlı,Ağdam şəhərlərinin viran qoyulması,Azərbaycanın tarixi,mədəni irsinin dağıdılmasından, bir milyona yaxın insanın öz yurd-yuvasından didərgin salınmasındazn bir kəlmə də bəhs edilmədiyi halda,44 günlük müharibə zamanı Azərbaycan ordusu tərəfindən əsir götürülən,eyni zamanda 10 noyabr üçtərəfli razılşmadan sonra, Azərbaycan əsgərlərinə hücum edən silahlı erməni terrorçularının təcili azad edilməsindən bəhs edilir.
Hər üç konqresmenlər Tony Kardenas, Adam Şiff və Bred Şermanın ermənipərəstliyi bununla bitmir, hazırladıqları ABŞ Nümayəndələr Palatası tərəfindən qəbul edilən sənətdə, qardaş Türkiyənin Baykar şirkəti tərəfindən istehsal edilən Baryaktar PUA-larının müəyyən hissəsinin ABŞ şirkətləri tərəfindən qarşılanmasının qarşısının alınması da qeyd edilməkdədir.
Eyni zamanda konqresmenlərin hazırladıqları sənətdə Azərbaycanın Cenevrə Konvensiyası ilə bağlı öhdəliklərini və 9 Noyabr Bəyannaməsinin imzalanmasından sonra götürdüyü öhdəliklərə baxmayaraq, münaqişə bitdikdən xeyli sonra, Azərbaycan hökumətinin 200 -ə yaxın erməni əsiri saxlamağa haqq qazandırmaq üçün onların statusunu yanlış təqdim etməkdə ittiham edilir.