image-imagesbackend

Ermənistan arxivləri Başkəndin Azərbaycan ərazisi olduğunu təsdiq edir – FOTO 

image-reklam_sirab_01

Ermənistanın Dövlət arxivindən əldə etdiyimiz Azərbaycan və Ermənistan arasında ərazi məsələləri ilə bağlı sənədlərdə tam dəqiqliklə bütün ərazilər göstərilib. Əlbətdə biz Azərbaycan yaxud Rusiya arxivlərindən əldə etdiyimiz sənədi göstərək idi , qarşı tərəf bunun yalan olmasını iddia edə bilərdi. Elə özlərinin arxivindən istinad veririk ki, hay küy salmasınlar. Həmin sənədlərdə bütün Azərbaycan-Ermənistan, Gürcüstan və Naxçıvan Muxtar Respublikasının sərhədləri dəqiq birgə komissiya tərəfindən müəyyən edilib. Ermənistana və Gürcüstana pay kimi, sənədsiz və rəsmi qərarsız verilən ərazilərin də adları çəkilir. Bu sənədlərin tam hamısını paylaşmaq istərdim. Sadəcə müəllif hüquqlarına hörmət edilməyən ölkəmizdə bunu etmək və zəhmətimizin kimlərsə tərəfindən yeyilməsinə qarşı ehtiyat edərək qısa hissəni paylaşıram. Qalan hamısı yeni layihə -kitabımda öz əksini tapacaq.

Sənədə fikir verin.Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə təşkilatının 5 avqust 1929-cu ildə Tiflis şəhərində keçirilən görüşünün 5 saylı protokolunda əks edilib bu məlumatlardır..

Ermənistan arxivində fond 112, opis 2, sənəd 1412, vərəq 35-38, topoqrafik nüsxə kimi qeydiyyata alınıb..

O zaman Azərbaycan SSR və Ermənistan SSR arasında delimitasiya və demarkasiya barədə komissiyanın təqdim etdiyi xəritə və coğrafi koordinatlar üzrə iclasda qəbul edilən ərazilərin adları və yerləridir. Fikir verin, Başkənd ərazisi Ermənistan SSRİ-nin deyiı Azərbaycan SSR tərkibinə verilməsi barədə qərar qəbul edilir. Bu məsələnin icrası da Mərkəzi İcraiyyə təşkilatının komissiyasına tapşırılır.
Bu sənəd göstərir ki, Başkənd Azərbaycan ərazisi kimi həm Cümhuriyyət, həm Sovetlər dövründə, həm də Azərbaycan Respublikası tərkibində olub.

Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen edilməsi də Azərbaycan SSRİ-nin ərazi-inzibati vahidlərinə qarşı təcavüz sənədi kimi qəbul edilməlidir. Ermənilərin orda yaşaması və çoxluq təşkil etməsi Anklav hüququna daxil deyil. Çünki bu ikitərəfli razılıq əsasında olmalı idi. O zaman Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin razılığı və təsdiqi olmadığı halda Ermənistan rəhbərliyinin bu addımı hüquqa zidd addım sayılır..
Bu gün Başkənd Ermənistan anklavı sayılır deyənlər bu sənədi diqqətlə oxusunlar

Zaur Aliyev, dosent

image-fb_img_1714423334537

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki