image-1backend

Ermənistan Hindistandan anti-dron sistemi sifariş edib

image-reklam_sirab_01

Vətəninfo.az İranın “ANA” saytına istinadən  xəbər verir ki, Ermənistan hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək və dronlara qarşı mübarizə aparmaq üçün Hindistan istehsalı olan “Akaş” raketdən müdafiə sistemi sifariş verib.
Məlumata görə, Ermənistan Hindistan silahlarının ən böyük idxalçılarından birinə çevrilib və hesabatlarda bu ölkənin Hindistandan “Akaş” qısa mənzilli raketdən müdafiə sistemi sifariş etdiyi bildirilir.
Qeyd olunub ki, dünən “Masis Post” saytı bu barədə yazıb: “Həssaslıq səbəbindən bu məsələni rəsmi olaraq heç kim təsdiqləməyib, lakin mövcud sənədlər sifarişin artıq verildiyini göstərir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki