Almaniya çempionu “Bayern Münhen” İngiltərə millisinin hücumçusu Harri Keyn ilə tərəfdaşlığının müddətini uzadıb. “Qızıl top” mükafatçısının yeni müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Vətəninfo.az xəbər verir ki, Harri Keyn 2023-cü ilin yayında Tottenhemdən Bayern Münhenə keçdi və onunla iki dəfə Almaniya çempionu və Super Kubokunun, bir dəfə isə Almaniya Kubokunun qalibi oldu.
O, “Bavariya”da 161 rəsmi oyunda 156 qol vurub.


























