image-44backend

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun Tovuzdakı mövqelərini atəşə tutub

image-reklam_sirab_01

Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki