Ermənistanın Baş naziri Nikol Paşinyan yeni parlament seçkilərinin keçirilməsi imkanını istisna edib.
Ermənistan mediası xəbər verir ki, o, bu barədə jurnalistlərə ölkədə seçki prosesinin saxtalaşdırılması ilə bağlı müxalifətin ittihamlarını şərh edərkən bildirib.
“Əlbəttə, yox. Biz yeni seçkilər keçirməyə hazırlaşmırıq”, – Paşinyan qeyd edib.
Xatırladaq ki, iyunun 14-də Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb, həmin nəticələrə əsasən, “Mülki müqavilə” səslərin 49,7456 %-ni (64 mandat), “Güclü Ermənistan” – 23,2710 %-ni (29 mandat), “Ermənistan” bloku isə – 9,9231 %-ni (12 mandat) qazanıb.


























