image-335596649_938348483962162_6651953060522516390_nbackend

Fars körfəzi-Qara dəniz dəhlizi canlanır: İrəvan və Dehli Bakıdan yan keçmək üçün əməkdaşlıq edəcək

image-reklam_sirab_01
İranın “Tahlil Bazaar” saytı yazır ki, Ermənistan İran və Gürcüstandan keçən Hindistan-Avropa marşrutu üzərində tranzit ölkəsi olmaq üçün onu İran və Gürcüstanla birləşdirən yeni magistral yollara ehtiyacı var.
Ermənistan hökumətindəki mənbələr “Economic Times” nəşrinə bildiriblər ki, Ermənistan bu ölkədə Fars körfəzi ilə Qara dənizi birləşdirəcək yolun tikintisi üçün Hindistandan investisiya yatırmasını istəyiblər.
2022-ci ilin əvvəlində İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri bəyan edib ki, “danışıqlar aparılır və biz çox güman ki, region ölkələri ilə xarici dövlətlər arasında ticarəti asanlaşdırmaq üçün müxtəlif marşrutları olan mühüm nəqliyyat dəhlizinin yaradılmasının şahidi olacağıq”. Bu tranzit əlaqəsi Fars körfəzi-Qara dəniz dəhlizinin tam reallaşması üçün mühüm addım olacaq və İranın cənubunda Bəndər Abbas dəniz nəqliyyatında əsas rol oynayır.
Ekspertlərin fikrincə, layihənin verdiyi imkanlardan daha çox qarşılaşacağı problemlər var. Xüsusən də infrastruktur yetərli deyil və burada əsas problem Astara ilə Rəşt arasında çatışmayan dəmir yolu xəttidir. Ona görə də Azərbaycanla İran arasında və əksinə malların daşınması üçün nəqliyyat infrastrukturuna hələ də böyük ehtiyac var. Digər tərəfdən, Gürcüstan, Ermənistan və Azərbaycan arasında çoxlu dəmir yolu xətləri var.
Bununla belə, Ermənistan və Azərbaycan arasındakı boz ərazidə siyasi gərginlik həmin dəmiryol xətlərindən istifadədə ciddi çatışmazlıq sayılır. Bundan əlavə, ABŞ-ın İrana qarşı sanksiyaları, hər şey ideal olsa belə, əlaqələri inkişaf etdirməyi faktiki olaraq qeyri-mümkün edir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki