image-1backend

Fənn müsabiqələri və Lütfi Zadə olimpiadasının yarımfinalı keçirildi

image-reklam_sirab_01
Dünən – mayın 5-də Məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turu keçirilib.

Təhsil İnstitutundan Vətənnfo.az-a verilən məlumata görə, məktəblilərarası fənn müsabiqələri və Lütfi Zadə adına Riyaziyyat-məntiq olimpiadasının yarımfinal turunda şagirdlərə müvafiq istiqamət üzrə 25 qapalı sual təqdim edilib.

Şagirdlər 14 may 2024-cü il tarixindən etibarən //portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Hər istiqamət üzrə ən yüksək nəticə göstərmiş 150 nəfər şagird finalda iştirak hüququ qazanacaq.

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki