image-5backend

FHN əməkdaşının güllələnmiş meyiti tapıldı

image-reklam_sirab_01

Qusarda bir neçə gündür itkin düşən 43 yaşlı Ramik Əhmədovun meyiti tapılıb.

Vətəninfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Əhmədovun üzərində zorakılıq əlamətləri olan meyiti rayonun Hil kəndində aşkar edilib. Onun odlu silahdan açılan atəşlə öldürüldüyü bildirilir.

Məlumata görə, Ramik Əhmədov FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Şöbəsində işləyib.

Faktla bağlı cinayət işi açılıb, əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image