image-2backend

Formula-1 ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılır

image-reklam_sirab_01

Bakı şəhərində Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqları məqsədi ilə yollarda quraşdırma işləri sürətlə davam edir.

Bu barədə Vətəninfo.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, 20 avqust saat 22:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyeva küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyata bağlı olacaq. Bu məhdudiyyət yarışlar bitənə qədər davam edəcək.

Qeyd edilib ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il 13-15 sentyabr tarixlərində keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image