image-5cf010fd-5f5e-33b4-a1f0-b9d5f8c970db_850backend

Fransa və İspaniyada anomal istilər hökm sürür

image-reklam_sirab_01

Fransa və İspaniyanın bir çox regionlarında anomal yüksək temperatur yaranıb.

Fransa meteorologiya xidməti 23 departamentdə istilərlər əlaqədar təhlükə səviyyəsinin yüksəldiyini açıqlayıb.

İyunun 15-də Tuluzada havanın temperaturu 35 dərəcə, Lionda 36 dərəcə və Bordoda 33 dərəcəyədək yüksəlib. Sinoptiklər yaxın günlərdə istilərin davam edəcəyi ilə bağlı xəbərdarlıq edirlər.

İstilər İspaniyaya da təsir edib. İyunun 15-də ölkənin bir çox bölgəsində havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. İspaniyanın 17 regionundan 9-da təhlükənin artdığı elan edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki