image-64204b987c6afbackend

Fransadan Türkiyəyə qarşı şok təxribat: Terroçular senatda mükafatlandırıldı

image-reklam_sirab_01

Terror təşkilatı PKK/YPG üzvləri Fransa senatında qonaq edilib və qondarma “şərəf medalı” ilə təltif ediliblər. Vətəninfo.az xəbər verir ki, bununla Fransa daha bir qalmaqala imza atdı.

Onurğa sütunu terror təşkilatı PKK/YPG olan SDG üzvləri Fransa senatında keçirilən tədbirə dəvət olunub. Burada bir çox fransız senator və siyasətçi də iştirak edib.

Fransa senatında terrorçular alqışlarla qarşılanıb.

Çıxışlarda terror təşkilatının hərəkətləri təqdir edilib, PKK/YPG-yə DAEŞ (İŞİD) adlanan qruplaşma ilə mübarizədə dəstəyin davam etdiriləcəyi mesajı verilib.

Daha da irəli gedərək Fransa senatı terror təşkilatı PKK/YPG üzvlərinə fəxri medallar verib.

Türkiyənin Fransadakı hadisəyə reaksiya verib.

Fransa senatı və Xarici İşlər Nazirliyi qarşısında Türkiyə tərəfindən məsələ qaldırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki